Tanın(may)an ARTİST

18 Fevral 18:35 Səbail 2 581
Tanın(may)an ARTİST

Mədəniyyət Nazirliyi fil qulağında yatıb.

«Respublikanın xalq artisti» adını almağı haqq edən bir nəfərin adını çəkəcəm, qoy, səlahiyyətli şəxslər day məndən inciməsin.

Budur, Şahin Diniyev, qarşılayın! A kişilər, bu zat o adı almaq üçün daha nə etməlidir, bir baxın da ona, görün, nə deyir!

Sitat: «Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq».

İşbazların son istinad yeri vətənşüvənlikdir. Hər şeydən əli çıxanda haray-həşir salırlar ki, ay vətən elə, ay vətən belə, Sakarya falan.

Azərbaycan futbolunu düşündüyünü iddia edən Şahin Diniyev dönüb komandasına baxmır ey!

Saymağı da bacarmırsa, mən onunçün sayım - sərəncamında 12 legioner var. Milliyə görə qayğılanan baş məşqçi də bu qədər əcnəbini komandasına götürər?

Rauf Vəliyev «Səbail»dən avrokuboklara vəsiqə tələb edib. Büdcəsi 10 milyon manatı ötən klub gəl ortabab da olmasın.

Gülməlidir, deyilmi?

Şahin Diniyev bir belə büdcəylə Avropa üçün döyüşən komanda yarada bilməyib, getsin məşqçiliyin daşını atsın, sənədlərini də göndərsin Mədəniyyət Nazirliyinə.

30 ilin məşqçisidir, bir dənə titul qazanmağı bacarmayıb.

Bu dillə, «sudan quru çıxmaq» istedadıyla üccə ilini kino/teatr həsr etsəydi, çoxdan «Oskar»dan-zadan bir şey almışdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti