Kimpembe də mundialda olmayacaq - Fransa millisində növbəti itki

15 Noyabr 2022 00:00 Fransa 377
Kimpembe də mundialda olmayacaq - Fransa millisində növbəti itki

Qətərdə keçiriləcək dünya çempionatı öncəsi Fransa millisində daha bir itki yaşanıb.

Sportinfo.az xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe də mundialda olmayacaq.

O, zədələndiyinə görə mötəbər turnirdə oynaya bilməyəcək. Onu əvəzləyəcək futbolçunun adı da artıq məlumdur.

Belə ki, “Monako”nun müdafiəçisi Aksel Disasi milliyə cəlb olunub.

Fransa millisi D qrupunda Danimarka, Tunis və Avstraliya yığması ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti