"Qarabağ"ın legioneri Azərbaycandan Serbiyaya getdi

11 Avqust 2023 03:20 Qarabağ 1 926
"Qarabağ"ın legioneri Azərbaycandan Serbiyaya getdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Rakuv"la ilk oyunundan öncə keçirilən məşqdə zədələnən Marko Veşoviç müalicəsi ilə əlaqədar olaraq Azərbaycanı tərk edib.

Sportinfo.az xəbər verir ki, zədəsini sağaltmaqda olan monteneqrolu bərpa kursunu Serbiyada keçəcək.

Serbiyalı fizioterapevtlər ona gözləniləndən daha tez sağalmağa kömək edəcək.

Əvvəlcə Markonun 6 həftəyə məşqlərə qayıdacağı gözlənilirdi. Amma Serbiyadakı bərpa kursundan sonra onun daha erkən kollektivə qoşulacağı iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti