Futbolçuların transfer qiymətini xeyli azaltdı - Koronavirus

8 Aprel 2020 17:38 Dünya futbolu 452
Futbolçuların transfer qiymətini xeyli azaltdı - Koronavirus

Koronavirus pandemiyası futbolçuların transfer qiymətinə də mənfi təsir göstərib.

Sportinfo.az xəbər verir ki, bu barədə "transfermarkt.com" saytı xəbər yayıb.

Bildirilib ki, virusun yaratdığı maliyyə böhranı ümumi bazarda qiymətlərin 20 faiz aşağı düşməsinə səbəb olub. 1998-ci il və ondan sonra doğulmuş oyunçuların transfer qiymətindəki eniş isə 10 faiz təşkil edib.

"Tnsfermarkt.com"a görə, hazırda dünyanın ən bahalı futbolçusu Fransanın PSJ klubunda çıxış edən Kilian Mbappedir. 22 yaşlı hücumçunun qiyməti 180 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti