Belarus çempionatında futbolçular nə qədər qazanır?

8 Aprel 2020 12:02 Dünya futbolu 770
Belarus çempionatında futbolçular nə qədər qazanır?

Əminliklə demək olar ki, Avropada futbolla maraqlanan hər kəs indi Belarusun adını tez-tez eşidir.

Zarafat deyil: qitənin 55 ölkəsindən yalnız Belarusda bu gün də çempionat davam edir, hər həftəsonu komandalar və azarkeşlər futbol həyəcanı yaşayırlar.

Sportinfo.az xəbər verir ki, Belarus çempionatı üzrə mütəxəssis olan rusiyalı futbol agenti Sergey Novikov son yaşananlarla bağlı müsahibə verib.

- Belarus çempionatında 4-cü turun oyunları keçiriləcəkmi?
- Məndə olan bilgiyə görə, hər həftənin bazar ertəsi və ya çərşənbə axşamı Futbol Federasiyasında iclas keçirilir və orda da turniri davam etdirib-etdirməməklə bağlı qərar verilir. Mənə elə gəlir ki, aparıcı komandaların oyunlarını boykot edən azarkeşlərin davranışı üzündən, çox güman, çempionat dayandırılacaq. Futbol azarkeşlər üçündü. Əvvəllər Brestdə hər oyuna orta hesabla 8 min azarkeş gedirdisə, aprelin 4-də keçirilən “Brest” – “Slaviya” oyununda cəmi 500 adam var idi. Davam etdirməyin mənası varmı? Klublar bundan heç nə qazanmır. Boş tribunaları göstərən teleyayının da turnirin reytinqini qaldırmadığı dəqiqdi.

- Çempionatda fasilə Belarus klublarının maliyyə durumuna güclü təsir göstərəcək? Rusiya premyer-liqasında artıq klublar maaşı kəsir.
- Məndə olan bilgiyə görə, Belarusun əksər klubları oyunçularına maaşı azaltmağı təklif edəcək. Hərçənd onların müqavilələrini Rusiyanın 1-ci dəstəsinin bəzi klublarında verilən pulla belə müqayisə etmək çətindi. Premyer-liqa haqda heç danışmaq istəmirəm. Fərq çox böyükdü. Düzünü desəm, orda artıq nəyisə kəsməyə də dəyməz. Ancaq fasilə iki-üç ay çəksə, bəzi klublar real problemlə üzləşəcək.

- Belarus çempionatında çıxış edən oyunçuların orta maaşı necədi?
- Hardasa aylıq 2-3 min dollar. Yəni Rusiyanın 1-ci dəstəsi səviyyəsində.

- Arşavin deyir ki, Belarus çempionatına baxanda adamı yuxu tutur.
- Arşavin Qazaxıstan çempionatında oynayıb. Orda “Kayrat” və “Astana” var. Qalan oyunlarda isə düşünürəm ki, o özü meydanda yatırdı: sürəti açıq-aşkar aşağı idi.

Digər Xəbərlər
Xəbər Lenti