Daha bir klubun prezidenti koronavirusdan öldü - FOTO

26 Mart 2020 13:12 Dünya futbolu 601
Daha bir klubun prezidenti koronavirusdan öldü - FOTO

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, səbəb koronavirus infeksiyası olub.

Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub.

Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya "Real Madrid"inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti