Məşqçisinə maaş vermə bilmədi, istefaya göndərdi

23 Mart 11:34 Dünya futbolu 147
Məşqçisinə maaş vermə bilmədi, istefaya göndərdi

“Anderlext” məşqçisi Per Zetterberqi postundan kənarlaşırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə TMW nəşri məlumat yayıb.

Xəbərdə Zetterberqin Belçika çempionatında yaranmış fasiləyə görə klubun üzləşdiyi maliyyə itkiləri ilə əlaqədar istefaya göndərildiyi qeyd olunub.

“Anderlext” rəhbərliyinin başqa ixtisarları da gözdən keçirdiyi diqqətə çatdırılıb.

Belçika çempionatının oyunları da dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb. “Anderlext” mövsümün geridə qalan 29 turu ərzində topladığı 43 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq