Millimizin DÇ-2022-də oyun günləri açıqlandı - Seçmə mərhələ

5 Dekabr 2019 12:52 Dünya futbolu 2 308
Millimizin DÇ-2022-də oyun günləri açıqlandı - Seçmə mərhələ

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib. DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının təqvimi də müəyyənləşib

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə qrup mərhələsinin 10 qalibi mundiala vəsiqə qazanacaq.

3 ölkə isə pley-off mərhələsinin ən yaxşıları olacaq. Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər.

DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə olacaq.

Avropa zonası üzrə oyun günləri

I tur: 25-27 mart 2021

II tur: 28-30 mart 2021

III tur: 4-5 iyun 2021

IV tur: 7-8 iyun 2021

V tur: 2-4 sentyabr 2021

VI tur: 5-7 sentyabr 2021

VII tur: 7-9 oktyabr 2021

VIII tur: 10-12 oktyabr 2021

IX tur: 11-13 noyabr 2021

X tur: 14-15 noyabr 2021

Pley-offun yarımfinalı: 24-25 mart 2022

Pley-offun finalı: 28-29 mart 2022

Digər Xəbərlər
Xəbər Lenti