“Əvvəllər milli komandalardan təkliflər olsa da, rədd etdim”

12 Sentyabr 2024 01:30 Dünya futbolu 486
“Əvvəllər milli komandalardan təkliflər olsa da, rədd etdim”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo millidə mümkün çalışması ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mənim məqsədim “Fənərbaxça”da uğur qazanmaqdır. Klub mənim burada uzun müddət qalmağımı istəyir.

Əvvəllər milli komandalardan mənə təkliflər olsa da, rədd etdim. Ayda bir-iki oyun, oyunçuların oyunlarına səyahət, turnirləri gözləmək…

Bu, məni sevindirəcək bir iş deyil. İndi çox enerjim var.

Ola bilsin ki, bir gün qocalanda və yorulanda milli komandaya rəhbərlik edəcəm, amma o an hələ gəlməyib”.

61 yaşlı mütəxəssis cari mövsüm başlamazdan əvvəl Türkiyə klubu ilə müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu