
Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
"Latsio" İtaliyada Niderland təmsilçisi "AZ Alkmaar"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 18-ci dəqiqədə meydan sahiblərindən Pedro Rodriges vurub. 45-ci dəqiqədə Vangelis Pavlidis hesabı bərabərləşdirib. Son nöqtəni isə 62-ci dəqəqə Miloş Kerkez qoyub.
Bu komandalar arasında cavab oyunu martın 16-da baş tutacaq.
"Latsio" (İtaliya) - "AZ Alkmaar" (Niderland) 1:2
Qollar: Pedro, 18 - V.Pavlidis, 45, M.Kerkes, 62
Baş hakim: Qlenn Niberq (İsveç)
Roma Olimpiya Stadionu