Dünya çempionatından imtina etdi - Yeni Zelandiya klubu

16 Yanvar 2021 15:20 Dünya futbolu 590
Dünya çempionatından imtina etdi - Yeni Zelandiya klubu

Yeni Zelandiyanın "Oklend Siti" klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.

Sportinfo.az xəbər verir ki, səbəb ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsidir.

Beləliklə, Qətərin "Əl-Duhail" komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.

FIFA Qətər rəhbərliyi ilə birlikdə, mundiala qatılan hər kəsin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün tibbi və təhlükəsizlik protokolu tətbiq edir.

Klublararası dünya çempionatı 1 - 11 fevralda Qətərdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”