"Mən Milli Gimnastika Arenasında yaradılmış şəraitə heyranam"

2 Dekabr 2019 09:09 Digər növlər 748
"Mən Milli Gimnastika Arenasında yaradılmış şəraitə heyranam"

"Mən Milli Gimnastika Arenasında yaradılmış şəraitə heyranam" - Sportinfo.az xəbər verir ki, bunu Puerto-Riko milli komandasının məşqçisi Esme Braun deyib.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında məşq üçün möhtəşəm meydança var: “Gimnastika Arenası inanılmaz dərəcədə gözəldir, iş prosesinin təşkili yüksək səviyyədədir. Hamı peşəkarlıqlar işləyir, müxtəlif qruplar məşq edə bilir”.

Braun burada məşq etmək üçün onlara imkan yaradılmasından məmnun olduğunu bildirib. Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Puerto-Riko milli komandasının təlim-məşq toplanışları keçirilir. Toplanışlarda 4 idmançı iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti