Azərbaycanın qrup komandasına "Audience Award" təqdim olundu

18 May 2023 02:10 Digər növlər 542
Azərbaycanın qrup komandasına "Audience Award" təqdim olundu

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında "Audience Award" mükafatı təqdim olunub.

Sportinfo.az xəbər verir ki, mükafat Azərbaycanın qrup hərəkətləri üzrə gənclərdən ibarət komandasına verilib.

Kollektivin heyətində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıblar.

Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda