"Neftçi" bu dəfə Serbiyanın tanınmış klubuna məğlub oldu

19 Yanvar 2023 20:10 Neftçi 7 025
"Neftçi" bu dəfə Serbiyanın tanınmış klubuna məğlub oldu

"Neftçi" Türkiyənin Antalya şəhərində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Serbiyadan "Srvena Zvezda" ilə qarşılaşıb.

Görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub.

"Neftçi" əvvəlki sınaq matçlarında Macarıstanın "Vaşaş" klubu ilə qolsuz heç-heçə edib, Polşanın "Medz Leqnitsa" kollektivinə isə uduzub - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM