
Azərbaycan Ordusu qarşısında ağır itkilər verən Ermənistan, mülki insanları hədəf alaraq onları qətlə yetirməkdə davam edir.
Sportinfo.az xəbər verir ki, ordumuz isə torpaqlarımızı işğaldan azad etmək üçün əməliyyatlarını davam etdirir.
Azərforum moderator-az-a istinadən xəbər verir ki, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıran əsgərlərimizin, bu dəfə namaz qılmasının görüntüləri maraqla qarşılanıb.
Ermənistan isə Azərbaycanın Mingəçevir və Gəncə şəhərlərində mülki şəxsləri hədəf alıb. Prezidentin köməkçisi Hikmət Hacıyev verdiyi açıqlamada hücum nəticəsində 13 nəfərin həlak olduğunu, 45 nəfərdən çox adamın isə yaralandığını bildirib.