Avropa klubu azərbaycanlı müdafiəçinin üstündən niyə xətt çəkib?

28 Aprel 2025 14:20 Bizimkilər 1 133
Avropa klubu azərbaycanlı müdafiəçinin üstündən niyə xətt çəkib?

“Radomyak”ın azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun bu ilin fevralından komandanın heyətində yer almamasının səbəbi məlum olub.

Sportinfo.az “Weszło” portalına istinadən xəbər verir ki, millimizin üzvünün oynamamasına səbəb ilkin olaraq zədə hesab edilsə də, sonradan əsas problem dəqiqləşib.

Belə ki, zədəsini sağaldan Məmmədov Azərbaycan millisinə dəvət edilib. O, millinin düşərgəsindən Renat Dadaşovdan fərqli olaraq, bir gün gec qayıdıb.

Stoper gecikməsi ilə bağlı xəbərdarlıq etməyib və bu, baş məşqçi Joau Enrikeşin xoşuna gəlməyib.

Portuqaliyalı mütəxəssis buna görə Məmmədovu cəzalandırıb. Rahilin mövsümün sonunda “Radomyak”dan ayrılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER