AFFA əməkdaşları UEFA-nın mükafatlandırma mərasimində iştirak etdi - Polşada

15 Aprel 10:20 Bizimkilər 447
AFFA əməkdaşları UEFA-nın mükafatlandırma mərasimində iştirak etdi - Polşada

AFFA əməkdaşları konfransda iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasiminə qatılıblar.

UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.

Konfransda, həmçinin, müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib.

UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM