Kosova Superliqasında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Balkani" komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Malişeva" - "Balkani" 2:1
Qollar: D.İbişi, 56-avtoqol, M.Buşay, 87 - Berisha, 14
