Premyer Liqa klubuna "yox" deyib, bu ölkədə legioner həyatı yaşamağa gedir

5 Avqust 2022 22:20 Bizimkilər 1 991
Premyer Liqa klubuna "yox" deyib, bu ölkədə legioner həyatı yaşamağa gedir

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşamağa hazırlaşır.

Söhbət ötən mövsümü "Sabah"ın əvəzedici komandasında keçirmiş Yelmar Aşurovdan gedir.

Azərbaycan U-18 millisinin də üzvü olan müdafiəçi hazırda bir neçə Polşa təmsilçisi ilə danışıqlar aparır.

Gənc futbolçunun "Səbail"də oynamaq perespektivi yaransa da, o, legioner həyatı yaşamaqda qərarlı olduğunu bildirərək təklifdən imtina edib.

Aşurov yaxın günlərdə yekun qərarını verərək, adıçəkilən ölkəyə yola düşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!