Ordumuzun nəzarətə götürdüyü Sarıbaba dağı... FOTO

4 Avqust 2022 13:50 Bizimkilər 1 119
Ordumuzun nəzarətə götürdüyü Sarıbaba dağı... FOTO

Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib:

“Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"