“Çerçesovla şəxsən tanışam” – Moskvadan “Sportinfo”ya danışdı

3 Avqust 2022 19:20 Bizimkilər 705
“Çerçesovla şəxsən tanışam” – Moskvadan “Sportinfo”ya danışdı

“Stanislav Çerçesovla şəxsən tanışam. Rusiya millisi Avropa çempionatına hazırlaşanda mən “Ximki”də işləyirdim.

Onlar da bizim bazada hazırlaşırdı. Orada görüşüb, danışmışdıq”.

Millimizin sabiq müdafiəçisi Emin Ağayev Sportinfo.az-a açıqlamasında “Qarabağ” – “Ferenetsvaroş” qarşılaşmasından əvvəl fikirlərini bölüşüb.

Son 4 ili “Səbail”də Aftandil Hacıyevin köməkçisi işləmiş 48 yaşlı mütəxəssis Moskvada yaşadığından, Rusiya futbolu, eləcə də Çerçesovla yaxından tanışdır.

Lakin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyunlarda “Qarabağ”a azarkeşlik edəcəyini və mərhələni də məhz ağdamlıların keçəcəyini deyib:

“Mütləq şəkildə “Qarabağ”a və Qurban Qurbanova azarkeşlik edəcəyəm. Stanislav Salamoviçin iş üslubuna bələdəm.

Rəqibi təhlil edə, futbolçuları motivasiya etməyi bacarır. Adam Polşada və Macarıstanda çempion olub.

Bilirəm, hər iki oyun çox çətin olacaq. İnşallah, mərhələni keçən komanda “Qarabağ” olar. Xüsusən də Bakıdakı oyunda komandamızdan yalnız və yalnız qələbə gözləyirəm”.

“Qarabağ” – “Ferentsvaroş” qarşılaşması avqustun 3-də, saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu