Yeni klubunda siftə edən azərbaycanlı forvard: "Necə də…"

3 Avqust 2022 09:20 Bizimkilər 672
Yeni klubunda siftə edən azərbaycanlı forvard: "Necə də…"

Azərbaycan millisinin hücumçusu Renat Dataşov "Qrasshopper" klubunun heyətində ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard İsveçrə Super Liqasının 2-ci turunun "Yanq Boyz"la matçında fərqlənib.

Dadaşov vurduğu qolla bağlı instaqram səhifəsində paylaşım edib:

"Qrasshopper"də ilk qolumu vurmaq necə də gözəl hissdir. Möhtəşəm komanda ruhu göstərdik və layiqli xal qazandıq. Qarşıdakı böyük oyunlara köklənirik".

Renat Dadaşov "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!