Dadaşov növbəti qolunu vurdu, komandası qalib gəldi

2 Avqust 2022 02:40 Bizimkilər 796
Dadaşov növbəti qolunu vurdu, komandası qalib gəldi

Almaniyada Regional Liqasında ikinci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke-2"nin "Köln-2"yə qarşı keçirilən matçın iştirakçısı olub.

Matç Helzenkirhen təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Dadaşov komandasının üçüncü qolunun müəllifi olub. O, ilk turdakı matçda da fərqlənmişdi.

​Hazırda "Şalke-2" 6 xalla turnir cədvəlində ikinci pillədədi.

Digər Xəbərlər
Xəbər Lenti