FOTO - “Xan Lənkəran” 2 futbolçusunu Tacikistan klubuna verdi

1 Avqust 2022 14:40 Bizimkilər 1 444
FOTO - “Xan Lənkəran” 2 futbolçusunu Tacikistan klubuna verdi

İki azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.

Söhbət “Xan Lənkəran”ın oyunçuları İlyas Səfərzadə və Elvin Mirzəyevdən gedir.

Ötən mövsüm Region Liqasında çıxış etmiş yarımmüdafiəçi və müdafiəçi Tacikistana üz tutub. Cütlük “Fayzkand”a keçib.

“Fayzkand” Tacikistanın yüksək liqasında çıxış edir. Komanda 10 turdan sonra 15 xalla 3-cü sıradadır.

“Xan Lənkəran”ın vitse-prezilenti Rəhman Abbasov Sportinfo.az-a bildirib ki, bu transferlər klub rəhbərliyinin vasitəçiliyi ilə baş tutub.

O, AFFA-nın “Xan Lənkəran”ı növbəti mövsüm I Diviziona buraxmaması səbəbindən bütün futbolçulara sərbəst agent statusu verdiklərini və hazırda onların başqa yerlərə getməsinə köməklik göstərdiklərini deyib.

Funksioner daha bir neçə nəfərin legioner həyatı yaşamasına çalışdıqlarını qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!