Azərbaycanlı hücumçu Superliqada ilk qolunu vurdu, komandasını xilas etdi - VİDEO

1 Avqust 2022 01:10 Bizimkilər 835
Azərbaycanlı hücumçu Superliqada ilk qolunu vurdu, komandasını xilas etdi - VİDEO

İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə lider “Yanq Boys”la qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq “Qrasshopper”i məğlubiyyətdən xilas edib.

90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

1 oyun az keçirən “Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti