Azərbaycanlı idmançı şortlarını Ukrayna Ordusu üçün auksiona çıxardı - FOTO

31 İyul 2022 02:00 Bizimkilər 717
Azərbaycanlı idmançı şortlarını Ukrayna Ordusu üçün auksiona çıxardı - FOTO

Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.

Sportinfo.az xəbər verir ki, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub.

Auksionun vaxtı avqustun 1-də başa çatacaq. Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.

İdmançı "report"a açıqlamasında buradan əldə etdiyi məbləği Ukrayna Silahlı Qüvvələrində yer alan kikboksinq məşqçilərinə göndərmək istədiyini bildirib.

Ukrayna millisinin 63,5 kq çəki dərəcəsində bir nömrəsi sayılan Orfan Sənanzadə 2017-ci ildə keçirilmiş X Ümumdünya Oyunlarında qızıl, bu il ABŞ-ın Birminqem şəhərində baş tutmuş XI Ümumdünya Oyunlarında gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!