Bölgə klubunda qalmayan bombardir ölkə xaricinə gedir

1 Avqust 2022 23:40 Bizimkilər 970
Bölgə klubunda qalmayan bombardir ölkə xaricinə gedir

"Turan Tovuz"dan ayrılan Nurlan Novruzov yenidən legioner həyatı yaşamağa hazırlaşır.

Hücumçuya bu dəfə Taylandın bir neçə klubundan təklif var.

Əslində bu dəvətlət daha əvvəl də olub. Amma təcrübəli hücumçu Tovuz təmsilçisində qalmaq barədə düşünürdü.

Bölgə klubunun təlim-məşq toplanışının ilk mərhələsində iştirak edən futbolçunun hazırkı forması da baş məçqçi Ayxan Abbasov üçün qənaətbəxş idi.

Amma yekunda 29 yaşlı forvarda təklif olunan maaş kifayət qədər aşağı rəqəm olunca Nurlan getməyə qərar verib.

O, yenidən ölkə xaricindən gələn təklifləri gözdən keçirir. Yəqin ki, yaxın bir neçə gündə yekun qərar veriləcək.

Azərbaycanda keçmiş "Bakı", "Sumqayıt", "Səbail", "Zirə", Türkiyədə "Dersim62", "Şanlıurfa", Estoniyada "Narva", Moldovada "Dinamo-Avto", Nepalda "Lalitpur", "Maçindra" kimi klublarda çıxış edən Novruzov Azərbaycanın U-21 yığmasında 2 matçda iştirak edib.

Hücumçu 2014/2015 mövsümündə "Bakı" ilə Premyer Liqada bombardir olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti