Mahir gözəl qol vurdu, sevincini bu cür qeyd etdi - VİDEO

30 İyul 2022 09:20 Bizimkilər 1 921
Mahir gözəl qol vurdu, sevincini bu cür qeyd etdi - VİDEO

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstra 1961” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Mahir də bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Emreli vurub. Millimizin üzvü 88-ci dəqiqədə fərqlənib.

Son Xorvatiya çempionu olan “Dinamo” 3 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!