Ağayev Almaniyaya gedir

26 İyul 2022 01:00 Bizimkilər 939
Ağayev Almaniyaya gedir

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

Sportinfo.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Yay kursları iyulun 29-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti