Şəhid anası: “Elvin deyirdi ki, səni daha yol süpürməyə qoymayacam” - VİDEO

24 İyul 2022 01:20 Bizimkilər 824
Şəhid anası: “Elvin deyirdi ki, səni daha yol süpürməyə qoymayacam” - VİDEO

“Hərbi xidmətə yollananda dostuna demişdi ki, ürəyimə damıb, mən şəhid olacam”.

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişinin budəfəki buraxılışında Vətən müharibəsi şəhidi Elvin Bayramovun anası Dürrə Bayramova deyib.

Şəhidin ailəsi Elvinlə bağlı xatirələrindən, onunla son telefon danışıqlarından bəhs edib.

“Həmişə deyirdi ki, mən Almaniyaya gedəcəyəm. Səni də oraya aparacağam. Səni daha yol süpürməyə qoymayacağam”, - deyə şəhid anası qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti