Azərbaycanlı Ukrayna klubunun oyununa təyinat aldı

22 İyul 2022 15:40 Bizimkilər 521
Azərbaycanlı Ukrayna klubunun oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev İsveçrədə AİK və Ukrayna "Vorskla"sı arasındakı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında iş başında olacaq.

İyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda "Vorskla" rəqibini məğlub edib - 3:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!