Renat Dadaşov qol ötürməsi verdi, qalib gəldilər

20 İyul 2022 03:40 Bizimkilər 981
Renat Dadaşov qol ötürməsi verdi, qalib gəldilər

Azərbaycan millisinin və "Qrasshopper"in futbolçusu Renat Dadaşov İsveçrə təmsilçisində debüt edib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu Almaniyanın 3-cü liqasında ötən mövsümü 20-ci pillədə başa vuran “Veen” ilə yoxlama oyununda meydana çıxıb.

Görüş Dadaşovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Renat meydana 46-cı dəqiqədə daxil olub. O, elə həmin dəqiqədə komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.

Renat iyulun 9-da "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”