29 il sonra gecəni Zəngilanda qarşılayacaqlar... FOTOLAR

20 İyul 2022 01:30 Bizimkilər 785
29 il sonra gecəni Zəngilanda qarşılayacaqlar... FOTOLAR

Ağalı kəndinə köçən zəngilanlılar artıq yurdlarına çatıblar.

Ağalı sakini olacaq ailələrdən biri “qafqazinfo”ya qayıdışla bağlı təəssüratlarını bölüşüb.

İsmayılov Fərman Müzəffər oğlu:

“Torpaqların qayıdışı gözlənilməz oldu. Bunun üçün biz möhtərəm prezidentimizə, onun xanımına minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Rəşadətli ordumuza uğurlar arzulayırıq. Qarabağın ilk sakinləri olmaq qürurverici haldır. Bu lotereya kimi bir şeydir. Buranın ilk sakinləri olmaqla özümüzü xoşbəxt sayırıq. Çalışacağıq ki, bu quruculuq işlərini davam etdirək. Bura çox gözəldir, çalışacağıq ki, daha da gözəlləşdirək”.

Müzəffər İsmayılov (uşaq):

“Atam həmişə mənə danışırdı ki, babam burada həkim olub. Onun da adı Müzəffər olub. Buradan çox xoşum gəldi”.

Ceyhun Həsənov:

“Mən ikinci dəfədir ki, bura gəlirəm. İlk dəfə 9 yaşımda bu kənddən çıxmışdım. Vətənə qayıtmağımız gözəl bir hisdir. Bu kəndin yenidən salınması bizi həddindən artıq sevindirir. Özümüzü çox xoşbəxt hiss edirik ki, bizim üçün belə bir kənd salınıb”.


Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”