Bu da bəlli oldu ki... FOTO

19 İyul 2022 03:50 Bizimkilər 1 614
Bu da bəlli oldu ki... FOTO

Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədovun sentyabrın 10-da Bakıda keçirəcəyi K-1 üzrə vida döyüşü zamanı rinqə çıxacaq digər idmançılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, gecənin kəmər döyüşü 2021-ci ilin dekabrında "Mix Fight Championship"in qalibi olmuş rusiyalı Vlad Tuynov ilə bolqarıstanlı Stoyan Koprivlenski arasında gerçəkləşəcək.

Bundan başqa, Seyfulla Xambaxadov (Rusiya) ilə Andrey Kedveş (Xorvatiya) və Dmitri Filonçik (Belarus) ilə Ruslan Nağıyev (Azərbaycan) arasında təsnifat turniri baş tutacaq.

Yüngül çəkidə keçiriləcək görüşlərin qalibləri həmin gün finalda üz-üzə gələcəklər.

Bu yarış Milli Gimnastika Arenasında baş tutacaq. Zabit Səmədov karyerasının son döyüşündə braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”