Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOLAR

18 İyul 2022 12:10 Bizimkilər 1 474
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOLAR

Ukraynada gedən ağır döyüşlər zamanı daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub.

Bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirib.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan həmyerlimiz Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Xatırladaq ki, fevralın 24-dən etibarən Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir neçə azərbaycanlı həyatını itirib.

Onların sırasında 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olan Elnur Həsənovun, Donetsk vilayəti uğrunda gedən toqquşmalarda həyatını itirən Məmmədov Fuadın, Volnovaxa istiqamətində gedən döyüşlərdə həlak olan Eyyubov Asəfin adını çəkmək olar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”