UEFA azərbaycanlı funksioneri Türkiyə çempionunu yoxlamağa göndərdi

17 İyul 2022 02:30 Bizimkilər 895
UEFA azərbaycanlı funksioneri Türkiyə çempionunu yoxlamağa göndərdi

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Matç Direktoru qismində Türkiyənin Trabzon şəhərində səfərdə olub.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ezam olunan E.Məmmədov səfərdə ötən mövsüm Türkiyə çempionu olmuş “Trabzonspor”un ev oyunlarını keçirdiyi “Şenol Güneş Spor Kompleksi” stadionunun 2022/2023 mövsümündə avrokuboklara hazırlıq səviyyəsi ilə tanış olub.

Səfər zamanı klub nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”