Qarabağa gələn həftə ilk köç başlayır

13 İyul 2022 17:30 Bizimkilər 1 444
Qarabağa gələn həftə ilk köç başlayır

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.

Bu barədə publika.az-a Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.

Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:

“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcəklər, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.

Digər etibarlı mənbələrdən əldə etdiyimiz digər məlumatlara görə, ilk köç prosesi ilə bağlı Ağalı kəndində gerçəkləşdiriləcək mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”