"Qalatasaray"dakı ikinci azərbaycanlı kimdir? - FOTOLAR

12 İyul 2022 10:40 Bizimkilər 1 079
"Qalatasaray"dakı ikinci azərbaycanlı kimdir? - FOTOLAR

Bir müddət əvvəl xəbər vermişdik ki, 2011 doğumlu həmyerlimiz Kənan Həsənov "Qalatasaray" futbol akademiyasına qəbul olunub.

Xəbərdə o da qeyd edilmişdi ki, Kənan İstanbul nəhəngində çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.

Oxucularımızdan biri redaksiyamızla əlaqə saxlayaraq Kənanın "cim bom"da çıxış edən yeganə azərbaycanlı olmadığını bildirib.

Bəs "Qalatasaray"da çıxış edən ikinci azərbaycanlı kimdir?

Söhbət Məhəmmədəli Həsənlidən gedir. Məhəmmədəli Gəncə futbolunun yetirməsidiri. Həsənəli də Kənan kimi 2011-ci il dünyaya gəlib.

O da həmyaşıdı kimi Türkiyə təmsilçisinin U-11 komandasında çıxış edir. Parlaq gələcək vəd edən istedadlı azərbaycanlının fotolarını təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”