Avropa klubu millimizin forvardına hər ay 17 min avro verəcək

11 İyul 2022 17:00 Bizimkilər 1 293
Avropa klubu millimizin forvardına hər ay 17 min avro verəcək

Azərbaycan millisinin forvardı Renat Dadaşov İngiltərəni tərk edib.

Gənc hücumçu "Qrasshoppers"lə anlaşıb.

Ötən mövsümü Portuqaliyada - icarə əsasında “Tondela”da keçirən yığmamızın 23 yaşlı üzvü İsveçrə klubu ilə 2+1 illik müqaviləyə qol çəkib.

Buna qədər "Vulverhempton"a məxsus olan Renatın 2020-ci ildə "Qrasshoppers"də icarə əsasında çıxış etməsini də xatırladaq.

Növbəti dönüş Dadaşova aylıq 17 min avro qazandıracaq. O, gələn mövsüm keçiriləcək rəsmi oyunların 70-dən artıq hissəsində meydana çıxarsa, məvacibi daha 5000 avro artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”