“Visla” iki yoxlama oyunu keçirdi, Krivotsyuk birində oynadı

10 İyul 2022 01:30 Bizimkilər 567
“Visla” iki yoxlama oyunu keçirdi, Krivotsyuk birində oynadı

"Visla” (Plotsk) yeni mövsümə hazırlıq çərçivəsində bu gün daha iki yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda Polşanın digər təmsilçisi “Korona” ilə qarşılaşıb.

İlk oyunda “Visla” 2:0 hesablı qələbəyə sevinib. Anton bu görüşdə forma geyinməyib. İkinci oyun isə Plotsk təmsilçisinin 1:3 hesablı yenilgisi ilə bitib.

Krivotsyuk da məhz ikinci qarşılaşmanın start heyətində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”