Avropada klubu tərk etdi, Bakıya qayıtdı, indi də...

8 İyul 2022 21:00 Bizimkilər 1 600
Avropada klubu tərk etdi, Bakıya qayıtdı, indi də...

Polşada top qovan daha bir azərbaycanlı futbolçu karyerasını vətəndə davam etdirmək istəyir.

Bu ilin əvvəlində sözügedən ölkənin 3-cü liqa təmsilçisi “MKS Podlasie” ilə anlaşan Nazim Bağırov klubu tərk edib.

Buna səbəb 24 yaşlı vingerin Azərbaycanda qalmaq və burada oynamaq istəyidir. Texnikalı yarımmüdafiəçi artıq Bakıya qayıdıb.

2021-ci ildə “Neftçi-2”nin heyətində Birinci Divizionun qalibi olmuş Bağırov ölkə daxilindən təklif(lər) gözləyir. Şərtlərin üst-üstə düşəcəyi klub olacaqsa, anlaşacaq.

Əks halda, yenidən ölkə xaricində iş yeri axtaracaq. Nazim Bağırov Polşada legioner həyatı yaşayana qədər ötən ilin ikinci yarısında Gürcüstanın 2-ci liqasında mübarizə aparan “Şevardeni”də top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”