Azərbaycanda yeni jurnalist vəsiqəsinin forması hazırlanıb

8 İyul 2022 19:30 Bizimkilər 899
Azərbaycanda yeni jurnalist vəsiqəsinin forması hazırlanıb

Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqəsi formasının layihələri Nazirlər Kabinetinə təqdim olunub.

Bunu "report"un sorğusuna cavab olaraq MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O xatırladıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 2022-ci il 8 fevral tarixində cənab Prezident tərəfindən təsdiq edilib və müvafiq qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanıb.

Fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci il 24 fevral tarixində sərəncam imzalayıb və həmin sərəncamla da Medianin İnkişafı Agentliyinə həm Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həm də jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasının hazırlanması ilə bağlı tapşırıq verilib:

"Müvafiq tapşırıq tərəfimizdən icra olunub, qeyd olunan layihələr hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”