Mahirin səhhətində problem yarandı - Superkubok oyununu buraxacaq

8 İyul 2022 20:20 Bizimkilər 830
Mahirin səhhətində problem yarandı - Superkubok oyununu buraxacaq

Azərbaycan millisinin "Dinamo"da (Zaqreb) çıxış edən hücumçusu Mahir Emreli Xorvatiya Superkuboku uğrunda "Hayduk"la görüşü buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç bildirib.

68 yaşlı mütəxəssis sportske.jutarnji.hr-a açıqlamasında 25 yaşlı hücumçumuzla yanaşı, 3 oyunçunun da sözügedən matçda meydana çıxa bilməyəcəyini deyib:

"Hazırlıq prosesimiz tam proqramla həyata keçirilib. Yeni zədəmiz yoxdur. Yalnız 4 oyunçumuz olmayacaq.

Bunlar əvvəllər belində ağrı hiss edənlər Marko Bulat, Boşko Sutalo, Yosip Şutalo və Mahir Emrelidir".

İyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”