Yunanıstanda çempion olan komandadan azərbaycanlı qapıçıya TƏKLİF VAR

4 İyul 2022 13:00 Bizimkilər 1 371
Yunanıstanda çempion olan komandadan 
 azərbaycanlı qapıçıya TƏKLİF VAR

Ötən mövsümü Poşanın "Sokol" klubunda keçirən Şahin Zəkiyev Yunanıstandan təklif alıb.

Bunu saytımıza açıqlamasında qolkiper özü deyib.

Həmyerlimizə təklif göndərən klub Yunanıstanın "Asteras Petritis" kollektividir.

Komanda ötən mövsüm Yunanıstanın 4-cü liqasında çempion olaraq 3-cü liqaya vəsiqə qazanıb.

Polşadan da dəvətləri olan Şahin yaxın 1-2 gündə qərar verəcəyini bildirib.

22 yaşlı qapıçı ölkəmizdə "Şamaxı" və "Səbail"in şərəfin qoruyub. O, aşağı yaş qrup milli komandalarımızda da oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti