Azərbaycan komandası Slovakiyaya getdi ki... FOTOLAR

2 İyul 2022 15:00 Bizimkilər 784
Azərbaycan komandası Slovakiyaya getdi ki... FOTOLAR

Azərbaycanda uşaq futbolunun inkişafı üçün son illər böyük işlər görən EFA (European Football Academy) daha bir beynəlxaql turnirə yollanıb.

Klubun 11 yaşlıları bu dəfə Slovakiyaya üz tutub.

Azərbaycan təmsilçisi bu gün “Fragaria Cup”da mübarizəyə qoşulacaq.

“Fragaria Cup”un 20 illik yubiley mövsümünə ümumilikdə 9 ölkənin mənsubları təşrif buyurub. Həmyerlilərimiz öz qrupunda Slovakiyadan 3, Latviyadan 2 vı Macarıstandan 1 komanda ilə üz-üzə gələcək.

Bu, EFA-nın sözügedən ölkəyə ikinci səfəridir. U-12 2019-cu ildə yarımfinaladək irəliləyə bilmişdi.

Yeri gəlmişkən, EFA-U-16 komandası hazırda İtaliyadadır. Vüsal Mustafayein çalışdırdığı kollektiv artıq Peruca şəhərində ilk oyununa çıxıb və rəqib “San Sisto” olub.

EFA Peruca vilayətinin son çempionu üzərində 5:0 hesablı qələbə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti