Mahir Emreli öz-özündən şikayətləndi: “Daha çox şey gözləyirəm” - VİDEO

30 İyun 2022 12:40 Bizimkilər 360
Mahir Emreli öz-özündən şikayətləndi: “Daha çox şey gözləyirəm” - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb.

Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir də bu görüşün iştirakçısı olub.

O, 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.

Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.

Millimizin hücumçusu klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, qol vursa da, istədiyi kimi oynaya bilməyib:

"Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm.

Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"