Millimizin müdafiəçisinə yeni müqavilə təklif etmədilər

13 May 2021 17:00 Bizimkilər 779
Millimizin müdafiəçisinə yeni müqavilə təklif etmədilər

Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev klubu “Aleksandriya”dan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb cinah müdafiəçisinin Ukrayna təmsilçisi ilə müqavilə müddətinin iyunun 30-na qədər olmasıdır.

Onunla yanaşı, daha 6 oyunçunun sözləşmə müddəti başa çatır. Rəhbərlik hələlik onlara yeni saziş təklif etməyib. Həmçinin istirahətə buraxılan komandanın nə zaman bir araya gələcəyi də bəlli deyil.

Təlim-məşq toplanışının müddəti və ayrılacaq futbolçuların kimliyi yeni baş məşqçi təyinatından sonra müəyyənləşəcək.

“Aleksandriya” 29 xal toplayaraq Ukrayna Premyer Liqasını 8-ci pillədə tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti