Azərbaycan Kubokunda yeni mövsümün püşkü - CÜTLÜKLƏR

24 Noyabr 2020 13:20 Azərbaycan Futbolu 405
Azərbaycan Kubokunda yeni mövsümün püşkü - CÜTLÜKLƏR

Azərbaycan Kubokunda 2020/2021 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.

1/8 final mərhələsinin cütləri

"Səbail" - "Zaqatala"

"Turan Tovuz" - "Qəbələ"

"Sabah" - "Kəpəz"

"Qaradağ Lökbatan" - "Zirə"

1/4 final mərhələsinin cütləri

"Sumqayıt" - "Səbail" - "Zaqatala"

"Qarabağ" / "Turan Tovuz" - "Qəbələ"

"Keşlə" / "Sabah" - "Kəpəz"

"Neftçi" / "Sabah" - "Kəpəz"

Tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar.

Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək.

1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Xəbər Lenti