Azərbaycanlı futbolçunun ŞOK olduğu matç - VİDEO

19 Sentyabr 2020 14:50 Azərbaycan Futbolu 839
Azərbaycanlı futbolçunun ŞOK olduğu matç - VİDEO

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:7.

Kamran da bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə medana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.

8 turdan sonra cəmi 3 xalı olan “Ximki” 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM