Premyer Liqa klubları üçün ÇOX VACİB XƏBƏR – SON DƏQİQƏ!

4 Avqust 2020 09:28 Azərbaycan Futbolu 1 650
Premyer Liqa klubları üçün ÇOX VACİB XƏBƏR – SON DƏQİQƏ!

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

Qərara əsasən, bu müddətdə ölkəmizdə yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib.

İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü AFFA-nın əvvəlcədən açıqladığı kimi, avqustun 21-də deyil, daha sonra start götürəcək?

Dünənki qərar həm də avrokuboklarda iştirak edəcək klublarımızın oyununa təsir edə bilər. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk oyununu avqustun 18-i və ya 19-u, Avroliqada iştirak edəcək "Neftçi", "Sumqayıt", "Keşlə" isə ilk matçını avqustun 27-də keçirməlidir.

Komandaların evdə, yaxud səfərdə oynayacağını püşk müəyyənlədirəcək. Pandemiya səbəbindən avrokuboklarda təsnifat mərhələləri bir oyundan ibarət olacaq.

AFFA-dan redaksiyamıza sızan məlumata görə, federasiya rəhbərliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparmağa başlayıb.

UEFA qitəmiqyaslı turnirləri təşkil etməkdə qərarlıdır. AFFA 4 iştirakçımızın adını UEFA-ya göndərib və hamıısı təsdiqlənib. Püşkə əsasən, hansı komandamız rəqibini evdə qəbul etməli olsa, məkan sonradan dəyişdirilə bilməz.

AFFA UEFA-nın yerli nümayəndəliyi olaraq, təşkilatçılııq məsələlərində zamin qismində çıxış edir. Beynəlxalq qurum ötən mövsümü vaxtından əvvəl yekunlaşdırmağı AFFA-nın öz ixtyarıena buraxdı və güldən ağır söz demədi.

Bu dəfə mövzu avrokuboklardır və UEFA güzəştə getməyəcək. Bakıdakı oyunlar baş tutmayacağı təqdirdə, təşkilatın AFFA-nı cəzalandıracağı, belə deyək, Azərbaycan futboluna sanksiyalar tətbiq edəcəyi gözləniləndir.

Təhlükə qapının ağzını kəsdirdiyindən, AFFA müxtəlif vasitələrlə çalışır ki, klubların paytaxtda hazırlıq keçməsinə, avrokubok matçlarının təşkilinə izn verilməsinə izn alsın. Şad xəbər odur ki, artıq şifahi razılıq var.

Daha dəqiq söyləsək, Operativ Qərargahın federasiyanıın qaldırdığı məsələyə reaksiyası müsbətdir və qarşıdak günlərdə istisna hal kimi yeni bir açıqlama yaymasını gözləməyə dəyər.

SPORTİNFO.AZ

Xəbər Lenti